Şamaxıda evdən 1 kq qızıl oğurlanıb - VİDEO

Şamaxıda evdən 1 kq qızıl oğurlanıb - <span style="color: red;">VİDEO
# 10 mart 2014 09:36 (UTC +04:00)

Şamaxı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Xətai küçəsindəki 42 saylı evdə qeydə alınıb. Rayon sakini Nəbi Əzizova məxsus evdə heç kimin olmadığını görən naməlum şəxslər evə girmək üçün müxtəlif üsullara əl atıblar. İlk öncə dəmir alətlə qapını sındırmağa çalışıblar. Qapının açılmadığını görən oğrular pəncərədən içəri daxil olublar. Evə basqın edən şəxslər 4 otağın yalnız birində axtarış aparıblar. Digər 3 otağa isə girməyiblər.

Ev sahibi N.Əzizovun sözlərinə görə, naməlum şəxslər çamadandan ümumi çəkisi 1 kq-dan çox olan qızıl-zinət əşyalarını götürüblər. Oğurluq edən şəxs və ya şəxslərin kim olduğu hələlik məlum deyil.

Faktla bağlı Şamaxı RPŞ tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR