Mirmahmud Mirəlioğlu: “İctimai Palata çoxdan buraxılmalı idi”

Mirmahmud Mirəlioğlu: “İctimai Palata çoxdan buraxılmalı idi”
# 06 mart 2014 09:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “İctimai Palatanın fəaliyyətinə çox gec xitam verilib, bu qurum çoxdan buraxılmalı idi”.

Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu deyib.

KXCP sədri bildirib ki, Azərbaycanda yaranan birliklərin, siyasi qurumların dağılması və yeniləri ilə əvəzlənməsi birliklərə qoşulan insanların qarşısına qoyduğu məqsədlə bağlıdır: “Bu baxımdan İctimai Palatanın fəaliyyətinə çoxdan xitam verilməli idi, çünki qurum uzun zamandır heç bir fəaliyyət göstərmirdi”.

M.Mirəlioğlu KXCP-nin fəaliyyət istiqamətlərindən danışaraq qeyd edib ki, partiya qarşıdan gələn bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. Milli Şuranın tərkibində seçkilərə qatılmaq məsələsinə gəlincə, partiya sədri bildirib ki, bu məsələ Milli Şuranın gündəliyində yoxdur: “Vaxt da gözləmir. Ona görə də biz bələdiyyə seçkilərində iştirakla bağlı Ali Məclisinin sessiyasında qərar verdik. Seçkilərdə iştirakla bağlı rayon təşkilatlarına da təlimatlar verildi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR