Azərbaycanda rezidenturaya ərizə qəbulu başa çatıb

Azərbaycanda rezidenturaya ərizə qəbulu başa çatıb
# 20 fevral 2014 14:14 (UTC +04:00)

APA-nın xəbərinə görə, rezidenturaya sənəd qəbulu fevralın 11-də başlayıb və bu gün saat 17:00-da yekunlaşıb.

Rezidenturaya qəbul qaydalara əsasən qəbul imtahanı ötən illərdə olduğu kimi, yenə də iki mərhələdə test üsulu ilə keçiriləcək. İmtahanın birinci mərhələsində namizədlərin baza fənləri üzrə bilikləri, ikinci mərhələsində isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. İmtahanın birinci mərhələsindəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən namizədlər ikinci mərhələyə buraxılacaqlar. İxtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan edildikdən sonra aparılacaq.

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi martın 30-da, 2-ci mərhələsi iyulun 27-də, rezidenturaya ixtisaslaşma seçimi isə iyulun 29-31-də aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR