Bakıda liftdə köməksiz vəziyyətdə qalan 3 şəxs xilas olunub

Bakıda liftdə köməksiz vəziyyətdə qalan 3 şəxs xilas olunub
# 26 fevral 2014 00:35 (UTC +04:00)

Bakı-APA. Paytaxtın Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 00:29-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR