Sabah Bakıda 5-10 dərəcə isti olacaq - VİDEO

Sabah Bakıda 5-10 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 12 fevral 2014 09:52 (UTC +04:00)

Səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, mülayim cənub küləyi əsəcək, havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaq.

Fevralın 13-də Azərbaycanın rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran və Astara zonasında isə az yağıntılı olması gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR