Kanadada tələbələr arasında münaqişə 5 nəfərin ölümü ilə nəticələnib

Kanadada tələbələr arasında münaqişə 5 nəfərin ölümü ilə nəticələnib
# 15 aprel 2014 20:48 (UTC +04:00)

Bakı-APA. Kanadada tələbələr arasında münaqişə 5 nəfərin ölümü ilə nəticələnib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kalqari Universitetinin bir qrup tələbəsi gənclərdən birinin evində semestrin yekunlaşmasını qeyd edərkən aralarında münaqişə baş verib. Nəticədə, 3 gənc aldığı bıçaq yaralarından hadisə yerində keçinib, daha 2 nəfər isə xəstəxanada ölüb. Bir nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisədə şübhəli bilinən şəxslər saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR