Pakistanda partlayış törədilməsi nəticəsində 20 əsgər həlak olub, 30 nəfər yaralanıb

Pakistanda partlayış törədilməsi nəticəsində 20 əsgər həlak olub, 30 nəfər yaralanıb
# 19 yanvar 2014 10:19 (UTC +04:00)

APA-nın “Agence France-Presse”-ə istinadən verdiyi məlumata görə, hadisə ölkənin şimal qərbində yerləşən Bannu şəhərində baş verib. Hərbi maşın dəstəsinin yaxınlığında bomba partladılıb.

Təhlükəsizlik qüvvələri partlayışın kamikadze tərəfindən, yaxud məsafədən törədildiyinin hələlik məlum olmadığını bildiriblər.

Partlayış nəticəsində daha 30 nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı üzərinə götürüb. Hərəkat rəsmiləri bu cür hücumların davam edəcəyini də açıqlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR