Azərbaycan Türkiyədə inşa edilən neft emalı zavodunda iştirak payını artırır

Azərbaycan Türkiyədə inşa edilən neft emalı zavodunda iştirak payını artırır
# 12 fevral 2014 12:17 (UTC +04:00)

«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, artıq Türkiyənin «Turcas Grupu»na məxsus «Turcas Rafineri Yatırımları»nın törəmə qurumu olan «Turcas Petrol» şirkətinin bu layihədəki payının alınması ilə bağlı danışıqlara başlanılıb. Belə ki, «Turcas Grupu» «Star» neft emalı zavodunda sahib olduğu 18,5%-nin 13,5%-ni Azərbaycan şirkətinə satacaq.

Türkiyə şirkətinin rəsmi açıqlamasında bildirilir ki, satışın nəticələri iki şirkət arasında bağlanacaq razılaşmadan sonra məlum olacaq. İlkin məlumata görə, satış baş tutarsa, Türkiyə şirkətinin törəmə şirkətdə qalan payı 5%-ə düşəcək.

Qeyd edək ki, «SOCAR-Turkey» İzmirin Əliağa vilayətində tikilməkdə olan «Star» neft emalı zavodunda ildə 10 mln. ton neft məhsulları istehsal edəcək. Hazırda «Rafineri Holding A.Ş.» neft emalı zavodunun səhmlərinin 41,5%-nə sahibdir, 18,5% səhm «Turcas Grupa», 40%-i isə ARDNŞ məxsusdur.

Xatırladaq ki, bu günlərdə «SOCAR Turkey»in sahib olduğu «Petkim Holding»in «Petlim Limançılıq» («Petlim») şirkətindəki iştirak payını satacağı ilə bağlı məlumat verilib. «SOCAR Turkey» şirkətinin rəhbəri Kənan Yavuz satılacaq pay nisbətinin 25% ətrafında ola biləcəyini qeyd edib. Bu satış üçün şirkət «Goldman Sachs» (ABŞ) investisiya şirkəti ilə danışıqlara başlayıb. «Petlim»in satışından əldə ediləcək gəliri ARDNŞ «Star» neft emalı zavodunda səhm payını artırmaq üçün istifadə etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR