Ucar və Zərdab rayonlarına təbii qazın verilişində fasilə yaranıb

Ucar və Zərdab rayonlarına təbii qazın verilişində fasilə yaranıb
# 17 yanvar 2014 08:19 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar və Zərdab rayonlarına təbii qazın verilişində fasilə yaranıb.

Ucar rayon Qaz İstismar sahəsinin baş mühəndisi Vüqar Zamanovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, bu gün səhər saat 09:00 radələrində Ucar və Zərdab rayonunun qazla təmin olunan bütün yaşayış məntəqələrinə təbii qazın verilişi dayandırılıb. Buna səbəb qazpaylayıcı stansiyaların yenidən qurulmasıdır.

V.Zamanov axşam saat 16:00-a kimi yenidənqurma işlərinin başa çatacağını və bundan sonra abonentlər fasiləsiz olaraq qazla təmin olunacağını bildirib.

Qeyd edək ki, təkcə bu il ərzində Ucar və Zərdab rayonlarında təbii qazın verilişində ikinci dəfədir fasilə yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR