ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna ilə bağlı qətnamə qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna ilə bağlı qətnamə qəbul edib
# 11 fevral 2014 10:24 (UTC +04:00)

Bakı – APA. ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna ilə bağlı qətnamə qəbul edib.

APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, sənədin lehinə 381 nəfər, əleyhinə isə iki nəfər səs verib.

Qətnamədə ABŞ və Avropa Birliyi rəhbərliyinə Ukraynadakı böhranın sülh yolu ilə həllinə yönəlmiş birgə səyləri davam etdirmək və Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması yolu ilə milyonlarla ukraynalının Avropaya yaxınlaşmaq niyyətinə dəstək vermək çağırışı yer alıb.

Sənəddə qeyd olunub ki, hakimiyyətin zorakılıq əməllərinə son qoyulmasa, Konqresin Nümayəndələr Palatası dinc nümayişçilərə qarşı güc tətbiq edənlərə qarşı ünvanlı sanksiyalar qəbul etmək hüququndan istifadə edə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR