Heydər Əliyev Mərkəzində “Silahların əfsanəsi” sərgisi başlayır - FOTO

Heydər Əliyev Mərkəzində “Silahların əfsanəsi” sərgisi başlayır  - <span style="color: red;">FOTO
# 05 mart 2014 14:15 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, sərgidə Avropanın 16-18-ci əsrlərə aid tarixi silah və zirehli geyimləri nümayiş etdiriləcək.

İyunun 5-dək davam edəcək sərgidə Avropanın 130 tarixi eksponatı təqdim olunacaq. Dünyanın ən böyük tarixi silah və zireh kolleksiyası - Avstriyanın əfsanəvi Qraz cəbbəxanasından nümunələr də bu eksponatlar sırasındadır.

Sərgidə nümayiş olunacaq silah və zirehlər müxtəlif döyüşlərdə iştirak etmiş orijinal nümunələrdir. “Silahların əfsanəsi”nin davam etdiyi müddətdə izləyicilər tarixin canlı şahidi olacaq, hər bir eksponata dair maraqlı faktlar əldə edə biləcəklər.

Qeyd edək ki, bu kolleksiya indiyə qədər Avstriya, Kanada, ABŞ, İsveçrə, İtaliya və Yaponiyada nümayiş etdirilib. San-Fransisko, Hyuston, Nyu-York, Vaşinqton və s. şəhərlərdə 1 milyondan artıq ziyarətçi bu tarixi sərgini izləmək imkanı əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR