ATƏT: Bölgədə ən ciddi problemlərdən biri Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinin tapılmasıdır

ATƏT: Bölgədə ən ciddi problemlərdən biri Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinin tapılmasıdır
# 01 aprel 2014 12:26 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə ATƏT-in 2013-cü ilin yekunları ilə bağlı hesabatında deyilir.

Hesabatda bildirilir ki, ATƏT-in bölgədə ən ciddi problemlərindən biri Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinin tapılmasıdır: “ATƏT Ermənistanla Azərbaycan arasında dialoqun təmin olunması üçün Minsk Qrupunun həmsədrlərini dəstəkləyib. ATƏT-in fəaliyyətdə olan sədri 2013-cü il iyulun 7-8-də Azərbaycana, iyulun 15-də isə Ermənistana səfəri zamanı prezidentlər İlham Əliyev və Serj Sarkisyanla münaqişənin həllini müzakirə edib. O, atəşkəsə ciddi əməl olunmasının və əsas həll prinsipləri üzrə daha fəal danışıqların vacibliyini vurğulayıb”.

Sənəddə atəşkəs rejiminin dövri pozulması hallarına xüsusi diqqət yetirilib. 2013-cü ildə atəşkəs pozuntuları nəticəsində 14 hərbçi həlak olub, 32 hərbçi və 5 mülki şəxs yaralanıb. Ötən dövr ərazində ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun qrupu 16 dəfə qoşunların təmas xəttində, 9 dəfə sərhəddə monitorinq keçirib.

2013-cü ildə Ukraynanın sədrliyi dövründə ATƏT həlli uzanan münaqişələrin həlli və “Helsinki+40” prosesinin inkişafını diqqətdə saxlayıb. ATƏT Parlament Assambleyası Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrə 7 müşahidə missiyası göndərib.

Sənəddə xatırladılır ki, ATƏT Daimi Şurasının qərarına əsasən təşkilatın Bakı ofisinin mandatı dəyişdirilib. Ofis layihə əlaqələndiricisi statusu alıb. 20134-cü ildə Bakı ofisinə ATƏT büdcəsinin 2 faizi həcmində (2,830 milyon avro) pul ayrılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR