Xaçmazda 24 yaşlı oğlan bıçaqlanıb - VİDEO

Xaçmazda 24 yaşlı oğlan bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 30 iyun 2014 14:41 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonunun Yeni Sudur kənd sakini, 1990-cı il təvəllüdlü Əliusmanov Roman Şükür oğlu müxtəlif bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və yaralı dərhal əməliyyat olunub.

R. Əliusmanovu bıçaqlayan şəxsin tapılması və istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR