Səfir: “İranla Rusiya arasındakı əlaqələrə və əməkdaşlığın səviyyəsinə müdaxiləyə icazə verməyəcəyik”

Səfir: “İranla Rusiya arasındakı əlaqələrə və əməkdaşlığın səviyyəsinə müdaxiləyə icazə verməyəcəyik”
# 02 iyun 2014 12:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran-Rusiya Hökumətlərarası Komissiyasının növbəti yığıncağı sentyabrın 8-10-da keçiriləcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildirib.

Onun sözlərinə görə, iclas İranın neft naziri Bijən Namdar Zəngənə və Rusiyanın energetika naziri Aleksandr Novakın sədrliyi ilə Tehranda baş tutacaq: “Mən hesab edirəm ki, hər iki tərəf mühüm məsələlərlə bağlı razılığa gələcək. Biz iki ölkə arasında siyasi əlaqələrin hazırkı səviyyəsindən çox razıyıq. Qarşılıqlı səfərlər, məsləhətləşmələr müntəzəm şəkildə həyata keçirilir. Ancaq iqtisadi əməkdaşlığın səviyyəsində məmnun deyilik, çünki ticarət mübadiləsinin həcmi hər il azalır. Biz ABŞ və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları rəsmi şəkildə tanımırıq. Amma təəssüflər olsun ki, bu cür birtərəfli sanksiyalar İranla Rusiya arasındakı iqtisadi əməkdaşlığın səviyyəsinə təsir göstərir. Hazırda Rusiya da ABŞ və Avropa Birliyinin sanksiyaları ilə üzləşib və hər iki ölkənin vəziyyəti də eynidir. Ona görə də iranlı dostlarımızla bu problemləri həll etməyə çalışırıq”.

Səfir deyib ki, İranla Rusiya arasında neft qarşılığında əmtəə mübadiləsinə dair müqavilə hələlik imzalanmayıb: “Ancaq bu məsələdə xeyli irəliləyiş var və danışıqlar davam etdirilir. Biz Qərb ölkələri və ABŞ bu məsələ ilə bağlı tənqidlərini qəbul etmirik. İranla Rusiya arasındakı əlaqələrə və əməkdaşlığın səviyyəsinə müdaxiləyə heç cür icazə verməyəcəyik”.

L.Caqaryan Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda İrana səfər edəcək: “Putin İran prezidentinin dəvətini qəbul edib. Hazırda bununla bağlı iranlı dostlarımızla məsləhətləşmələr aparırıq. Ancaq səfərin tarixi hələlik dəqiqləşdirilməyib. Yəqin Xəzəryanı ölkələrin dövlət başçılarının sentyabrın 29-da Həştərxanda keçirilməsi planlaşdırılan növbəti sammiti çərçivəsində hər iki ölkənin prezidenti bununla bağlı danışıqlar aparacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR