Gürcüstan prezidenti Aİ komissarı Ştefan Füle ilə görüşüb

Gürcüstan prezidenti Aİ komissarı Ştefan Füle ilə görüşüb
# 04 mart 2014 20:15 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstan prezidenti Georgi Marqvelaşvili Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə prezident administrasiyasından məlumat verilib. Məlumata görə, Giorgi Margvelashvili və Stefan Füle Gürcüstan və Avropa Birliyi arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə qeyd olunub ki, yaxın gələcəkdə Avropa Birliyi ilə Gürcüstan arasında müvafiq Assosiasiya Sazişinin imzalanması aktualdır.

Avropa komissarı həmçinin Gürcüstan prezidentinin qonşu ölkələrə - Azərbaycan və Ermənistana səfərlərinin nəticələri ilə maraqlanıb.

Tərəflər Cənubi Qafqaz regionunda Gürcüstanın birləşmək və dərin və hərtərəfli azad ticarət haqqında saziş imzalayacaq bir ölkə kimi əhəmiyyətini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR