Zaqatalada 47 yaşlı kişini qətlə yetirən şəxsin kimliyi müəyyən edilib - VİDEO

Zaqatalada 47 yaşlı kişini qətlə yetirən şəxsin kimliyi müəyyən edilib - <span style="color: red;">VİDEO
# 07 mart 2014 20:32 (UTC +04:00)

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala RPŞ-nin axtarış-əməliyyat qrupunun əməkdaşlarının keçirdikləri axtarış-əməliyyat tədbirləri nəticəsində rayonun Yuxarı Tala kənd sakini, 47 yaşlı Elxan Mömin oğlu Teymurxanovu ürək nahiyəsindən bıçaqlayanın Ağsu rayon sakini, 1979-cu il təvəllüdlü Mustafayev Murad Əlhəmid oğlunun olduğu müəyyən edilib.

İlkin ehtimala görə, Murad Mustafayev Elxan Teymurxanovu şəxsi münaqişə zəminində bıçaqlayıb. Murad Mustafayev hadisəni törədikdən sonra hadisə yerindən qaçıb. Hazırda Zaqatala RPŞ-nin əməkdaşları Murad Mustafayevin tutularaq istintaqa təhvil edilməsi istiqamətində axtarış-əməliyyat tədbirlərini davam etdirir.

Qeyd edək ki, bu gün axşam saatlarında Elxan Teymurxanov ürək nahiyəsindən aldığı bıçaq yarası ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Həkimlərin səyinə baxmayaraq Elxan Teymurxanovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR