Bakıda mağaza və mənzildə yanğın olub

Bakıda mağaza və mənzildə yanğın olub
# 12 yanvar 2014 01:43 (UTC +04:00)

Bakı-APA. Bakıda ötən gecə 2 yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisələrindən biri paytaxtın Xəzər rayonunda ümumi sahəsi 50 kv.m olan mağazada baş verib. Nəticədə mağazanın tavanı 10 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin 1 otaq, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 18 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın hər iki halda yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR