«Bank of Baku»nun Bakıda yeni filialı açılıb - FOTO

«Bank of Baku»nun Bakıda yeni filialı açılıb - <span style="color: red;">FOTO
# 27 dekabr 2013 09:50 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Bank of Baku» ASC-nin Bakı şəhərində yeni filialı fəaliyyətə başlayıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bankın sayca 22-ci filialı olan «Səməd Vurğun» filialı «28 May» metro stansiyasının yaxınlığında, Nəsimi rayonu, Puşkin küçəsi,12/14 ünvanında yerləşir. Bank filialı bazar ertəsi-şənbə günləri saat 09:00-dan 17:00-dək müştərilərə bütün növ bank xidmətləri göstərir.

Qeyd edək ki, yeni filialın açılışı münasibətilə çıxışında «Bank of Baku»nun baş direktoru Fərid Əlizadə filial şəbəkəsinin inkişafı üzrə bankın strateji proqramının uğurla həyata keçirildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR