İranda prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün müraciət edənlərin sayı 455 nəfərə çatıb

İranda prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün müraciət edənlərin sayı 455 nəfərə çatıb
# 11 may 2013 16:32 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün müraciət edənlərin sayı 455 nəfərə çatıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə İran Daxili İşlər Nazirliyi Seçki Qərargahının rəhbəri Həsən Əli Nuri açıqlama verib. O bildirib ki, təkcə bu gün 89 nəfər ərizə verib və onlardan 2-si qadındır.

Qeyd edək ki, prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün müraciət edənlərin arasında nüfuzlu şəxslərdən İran prezidenti Mahmud Əhmədinejadın qardaşı Davud Əhmədinejad, onun mətbuat üzrə sabiq müşaviri Əli Əkbər Cavanfikir, parlamentin sədr müavini Məhəmmədhəsən Əbuturabifərd, Tehran şəhərinin meri Məhəmmədbağır Qalibaf, keçmiş təhsil naziri Həmidrza Hacıbabayi, sabiq əmək, və sosial rifah naziri Pərviz Kazımi və başqaları var.

Mayın 7-də başlamış qeydiyyata alınma mərhələsi bu gün başa çatır. Seçki iyunun 14-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR