Sərxoş şagird məktəbin həyətində 24 yaşlı şəxsi bıçaqlayıb

Sərxoş şagird məktəbin həyətində 24 yaşlı şəxsi bıçaqlayıb
# 11 mart 2014 08:39 (UTC +04:00)

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Aşıq Qurban küçəsi, 25 ünvanında yerləşən 165 saylı orta məktəbin həyətində qeydə alınıb.

Bakı şəhər sakini 10-cu sinif şagirdi Ramiz İlham oğlu Babayev aralarında yaranan münaqişə zəminində 1991-ci il təvəllüdlü Emin Zahid oğlu Qasımovu bıçaqlayıb.

Hadisəni törədən R. Babayev tutulub.

Polisdən bildirilib ki, R. Babayev hadisəni törədən vaxt sərxoş vəziyyətdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR