Heydər Əliyev Mərkəzində Xocalı məktəbliləri üçün vətənpərvərlik mövzusuna həsr olunmuş əlavə dərs tədris olunub

Heydər Əliyev Mərkəzində Xocalı məktəbliləri üçün vətənpərvərlik mövzusuna həsr olunmuş əlavə dərs tədris olunub
# 24 fevral 2014 07:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi ilə Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində Xocalı şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri üçün Heydər Əliyev Mərkəzində vətənpərvərlik mövzusuna həsr olunmuş əlavə dərs tədris olunub.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edən dərsin tədrisində əsas məqsəd müasir Azərbaycan tarixi haqqında məktəblilərə daha dolğun və əhatəli məlumatların verilməsindən ibarətdir.

Eyni zamanda, dərslər və müvafiq ekskursiyalar şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və müstəqil həyata hazırlanmasına xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR