Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə əlaqədar sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi  İdarəsi dumanlı hava ilə əlaqədar sürücülərə müraciət edib
# 03 mart 2014 10:10 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, hazırda paytaxt ərazisində qatı duman müşahidə olunur.

İdarədən sürücülərə müraciətində hazırkı hava şəraiti ilə əlaqədar duman işıqlarından istifadə etmələri və nəqliyyat vasitələrini minimum surətlə idarə etmələrinin zəruriliyi bildirilib.

İdarənin piyadalara müraciətində isə yolun hərəkət hissələrinə çıxmamaq, yolları piyada zolaqlarından, yeraltı və yerüstü piyada keçidlərindən keçmək tövsiyə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR