Zaqrebdə xorvat dilinə tərcümə olunmuş "Əli və Nino" kitabının təqdimat mərasimi keçirilib - FOTO

Zaqrebdə xorvat dilinə tərcümə olunmuş "Əli və Nino" kitabının təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 12 mart 2014 10:10 (UTC +04:00)

Bakı - APA. Zaqreb şəhərində Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə xorvat dilinə tərcümə olunmuş "Əli və Nino" kitabının təqdimat mərasimi keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, mərasimdə Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, sabiq prezident Stepan Mesiç, Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının baş katibi Andriya Karafilipoviç, Xorvatiya Diplomatik Akademiyasının direktoru Mladen Andrliç, Xorvatiya Ali Məhkəməsinin, Xorvatiya Mədəniyyət Nazirliyi və Zaqreb Şəhər Mədəniyyət İdarəsinin nümayəndələri, Xorvatiya parlamentinin üzvləri, o cümlədən parlamentdə fəaliyyət göstərən Xorvatiya-Azərbaycan dostluq qrupunun üzvləri, Xorvatiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli jurnalist və ictimai xadimlər və digərləri iştirak edib.

Tədbiri giriş sözü ilə Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev açaraq Azərbaycanın qədim və zəngin ədəbiyyatı haqqında ətraflı məlumat verib, “Əli və Nino” əsərinin 30-dan çox dilə tərcümə olunduğunu və 100 dəfədən çox nəşr edildiyini vurğulayıb. Səfir “Əli və Nino” əsərini Azərbaycanda tarixən mövcud olmuş çoxmədəniyyətlilik və tolerantlıq nümunəsi kimi dəyərləndirmiş və əsərin əsas məğzinin sülh, dostluq, hörmət və xeyirxahlığın təbliği olduğunu bildirib.

Daha sonra tədbir iştirakçıları “Əli və Nino” əsəri haqqında fikirlərini bölüşüb, Azərbaycanın zəngin ədəbiyyatı haqqında danışıblar.

Tədbir Xorvatiyanın ictimai televiziyası və radiosu HRT 1 tərəfindən işıqlandırılıb, səfir K.Xasiyev HRT 1-ə müsahibə verib.

Təqdimat mərasimi tədbir iştirakçılarının şərəfinə verilmiş ziyafətlə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR