İran prezidenti Omanda səfərdədir - FOTOSESSİYA

İran prezidenti Omanda səfərdədir - <span style="color: red;">FOTOSESSİYA
# 12 mart 2014 12:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Omanda səfərdədir. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Həsən Ruhani ikigünlük səfəri çərçivəsində Oman sultanlığının bir sıra rəsmiləri ilə görüşəcək.

Görüşlərdə İranla Oman arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, bölgədə sabitlik və təhlükəsizliyin gücləndirilməsi və Suriya böhranı əsas müzakirə mövzusu olacaq.

İran prezidenti Tehranın Mehrabad beynəlxalq hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, səfər Oman kralının dəvəti və onun ötən ilin yayında İrana səfər etməsinə cavab vermək məqsədilə həyata keçirilir: “Məqsədi iki ölkə arasındakı əlaqələri inkişaf etdirməkdir. Çünki Oman İran üçün böyük əhəmiyyət kəsb edir”.

H.Ruhani Masqat beynəlxalq hava limanında Omanın baş naziri Fəhd bin Mahmud əl-Səid və bu ölkənin xarici işlər naziri Yusif bin Ələvi tərəfindən qarşılanıb. Daha sonra Oman Krallıq Sarayında Sultan Qabus bin Səidin iştirakı ilə İran prezidentini rəsmi qarşılama mərasimi keçirilib. Bundan sonra İran prezidenti və Oman kralı arasında rəsmi müzakirələr aparılıb. H.Ruhanini səfərdə xarici işlər, neft, yol və şəhərsalma, əmək və sosial rifah nazirləri, mədəni irs, əl işləri və turizm, həmçinin ekologiya təşkilatlarının rəhbərləri müşayiət edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR