Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,1% enib
# 24 fevral 2014 06:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 16 103 bəndədək, S&P 500 0,2% - 1 836 bəndədək, Nasdaq 0,1% - 4 263 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərin enməsinə korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında fevralın 21-də FTSE 100 indeksi 0,4% - 6 838 bəndədək, Almaniya DAX-ı 0,4% - 9 657 bəndədək, Fransa CAC-40-ı isə 0,6% - 4 381 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 322,70 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3737 dollar (+0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR