Bir neçə gün əvvəl saxlanılan baş redaktor sərbəst buraxılıb

Bir neçə gün əvvəl saxlanılan baş redaktor sərbəst buraxılıb
# 28 mart 2014 12:40 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. “Yeni Avropa” adlı qəzetin bir neçə gün əvvəl dələduzluq maddəsi üzrə saxlanılan təsisçisi və baş redaktoru Yusif Osmanlı sərbəst buraxılıb. Bu barədə APA-ya Yusif Osmanlı özü məlumat verib.

Y. Osmanlı bu gün sərbəst buraxıldığını deyib: ”Mənim tutulmağımda anlaşılmazlıq olmuşdu. Bu gün hər şey aydınlaşdı və mən sərbəst buraxıldım.”

Qeyd edək ki, Y. Osmanlı martın 19-u Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, Y. Osmanlı bir neçə vətəndaşa qarşı dələduzluq etdiyinə görə, bir müddət əvvəl axtarışa verilibmiş.

APA-nın əldə etdiyi məlumata görə, Y. Osmanlı “Yeni Avropa” qəzetinin təsisçi və baş redaktorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR