Gürcüstan prezidenti Novruz bayramı münasibətilə Qardabanidə azərbaycanlıları təbrik edib - FOTO

Gürcüstan prezidenti Novruz bayramı münasibətilə Qardabanidə azərbaycanlıları təbrik edib - <span style="color: red;">FOTO
# 20 mart 2014 14:30 (UTC +04:00)

Qardabani. Nizami Məmmədzadə - APA. Gürcüstan prezidenti Georgi Marqvelaşvili martın 20-də azərbaycanlıların kompakt yaşadığı Qardabaniyə səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Qardabani Mədəniyyət Evində Novruz bayramına həsr olunan tədbirdə prezident G. Marqvelaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və Kvemo-Kartli bölgəsinin qubernatoru Georgi Mqebrişvili çıxış edərək Novruz bayramı münasibəti ilə bütün azərbaycanlıları təbrik ediblər.

Prezident G. Marqvelaşvili çıxışında Gürcüstanda yaşayan azərbaycanlılara səadət, xoşbəxtlik arzulayıb: “Gürcüstanda yaşayan bütün həmvətənlərimi, bütün azərbaycanlıları, bu gözəl Novruz bayramı münasibətilə təbrik edirəm, bu gözəl bayramın sevincinə qoşulur, ürəkdən sevinirəm. Mənim Bakıya səfərim zamanı Azərbaycan prezidenti İlham Əliyevlə söhbət zamanı biz azərbaycanlıların Gürcüstanda, gürcülərin isə Azərbaycanda öz adət-ənənələrini qoruyub saxlamağına şad olduğumuzu bildirdik. Mən Bakıda prezident İlham Əliyevə dedim ki, Novruz bayramında mütləq azərbaycanlıların kompakt yaşadığı bölgələrə gedəcək, onlarla birgə Novruz şənliklərində iştirak edəcəyəm. Bakıya səfərim bir çox cəhətdən əhəmiyyətli olub. Mənim Azərbaycanda indi çoxlu dostlarım var. Mən Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm”.

Tədbirdə prezident G. Marqvelaşviliyə saz bağışlanıb. Sonra Bahar qızı prezidentə Novruz sovqatı olan şirniyyatla dolu bayram boğçası hədiyyə edib.

Sonra tədbirdə gənc azərbaycanlı və qızların üzv olduğu “Ceyran” folklor ansamblı Azərbaycan və gürcü rəqsləri nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR