Azərbaycanlı hakim: “Etto o kəlləni mənə yox, bütün Azərbaycan futboluna atdı”

Azərbaycanlı hakim: “Etto o kəlləni mənə yox, bütün Azərbaycan futboluna atdı”
# 21 aprel 2014 10:15 (UTC +04:00)

Bakı – APA. “Etto o kəlləni mənə yox, bütün Azərbaycan futboluna atdı”. Bunu apasport.az saytına açıqlamasında FİFA referisi Rəhim Həsənov deyib.

Topaz Premyer Liqasının XXXI turunun “Bakı” – “İnter” matçını (0:4) idarə edən Həsənov xoşagəlməz halla üzləşib. Belə ki, 72-ci dəqiqədə meydan sahiblərinin heyətində qırmızı vərəqə göstərdiyi Etto ona kəllə atıb.

Həsənovun fikrincə, belə futbolçuları ölkədən qovmaq lazımdır: “Legioner komandasına kömək etmək üçün gəlir. Azərbaycanın çörəyini yeyib, xeyli pul qazanır, amma döyülən də, söyülən də biz oluruq. Başqa ölkələrdə belə futbolçunu komandada bir dəqiqə belə saxlamazlar. Belə futbolçunu qovmaq lazımdır. O, “Bakı” klubunun adına xələl gətirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR