Dövlət Komitəsi erkən nikahlarla bağlı monitorinqi davam etdirir

Dövlət Komitəsi erkən nikahlarla bağlı monitorinqi davam etdirir
# 22 may 2014 13:19 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Erkən nikahlarla bağlı monitorinq davam edir. Hələ ki, 2014-cü il üçün konkret statistik rəqəmlər hazır deyil”.

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, Komitə bu statistikanı öyrənmək üçün araşdırmalar aparandan sonra yekun nəticəni açıqlayır: “Eyni zamanda İcra hakimiyyətləri ilə sıx əməkdaşlıq edirik. Ucqar rayonlarda da nümayəndə heyətlərimiz araşdırmalar aparır. 18 yaşına çatmayan qızların ailə qurması bizi narahat edir. Buna görə də bu kimi halların qarşısını almaq üçün tədbirlərimiz davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR