Şamaxıda maşın dərəyə aşıb, iki nəfər xəsarət alıb - VİDEO

Şamaxıda maşın dərəyə aşıb, iki nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 28 aprel 2014 08:42 (UTC +04:00)

Şamaxı. Zahid Abışov - APA. Şamaxıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə dünən saat 19:00 radələrində Şamaxı - Pirqulu yolunun 2-ci kilometrliyində qeydə alınıb. Şamaxı rayon sakini Əvəz Quliyevin idarə etdiyi “VAZ-2107” markalı minik maşını yoldan çıxıb və dərəyə yuvarlanıb. Nəticədə sürücü və onun sərnişini Şaiq Quliyev müxtəlif bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR