Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara müraciət edib

Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara müraciət edib
# 28 aprel 2014 09:09 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara müraciət edib. Nazirlikdən APA-ya verilən məlumata görə, müraciətdə deyilir ki, yay mövsümünün yaxınlaşması ilə əlaqədar Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır: “Bununla əlaqədar, Mədəniyyət və Turizm Nazirliyi əhalinin nəzərinə çatdırır ki, turizm şirkətləri vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə nazirlik tərəfindən turizm fəaliyyəti üçün verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər”.

Nazirlikdən əlavə ediblər ki, vətəndaşlar turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlə üzləşdiyi halda Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR