İranla ABŞ arasında ticarət mübadiləsinin həcmi 550 milyon dollara çatıb

İranla ABŞ arasında ticarət mübadiləsinin həcmi 550 milyon dollara çatıb
# 24 fevral 2014 07:43 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla ABŞ arasında ticarət mübadiləsinin həcmi son 3-4 ay müddətində 550 milyon dollara çatıb.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran Ticarət, Sənaye və Mədənlər Palatasının sədri Əsadullah Əsgəroladi bildirib.

Onun sözlərinə görə, bu göstəricinin 350 milyon dolları idxalın, 200 milyon dolları isə ixracın payına düşür: “Əgər nüvə müzakirələri müsbət irəliləsə, İranla ABŞ arasındakı ticarət mübadiləsinin həcmi 2014-cü ildə 600-700 milyon dolları keçəcək. Hətta 1 mlrd. dollara da çata bilər”.

Bu arada ABŞ-ın “Boeing” və “General Electric” şirkətləri Cenevrə razılaşmasının qüvvədə olduğu altı ay müddətində İrana təyyarə ehtiyat hissələri satmaq üçün icazə istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR