Bakıda azyaşlı sürücü zəncirvari qəza törədib - FOTO

Bakıda azyaşlı sürücü zəncirvari qəza törədib - <span style="color: red;">FOTO
# 02 iyun 2014 06:43 (UTC +04:00)

Bakı. Fərahim Qasımov - APA. Bakının Nəsimi rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, qəzada 3 maşın – iki “Toyota” və “Hyundai” toqquşub.

Hadisə yerinə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər.

Aparılan araşdırmalar nəticəsində məluma olub ki, qəza “Toyota”lardan birini idarə edən azyaşlı sürücünün günahı ucbatından baş verib. O, idarə etdiyi avtomobili əvvəlcə digər “Toyota”ya, daha sonra isə “Hyundai”yə çırpıb. Yüngül xəsarət alan azyaşlı sürücü 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Qəza nəticəsində ciddi ziyan dəyən avtomobillər evakuator vasitəsi ilə hadisə yerindən götürülüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR