ATƏT-in media azadlığı üzrə nümayəndəsi Türkiyədə İnternetlə bağlı qanundan narahatlığını bildirib

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Türkiyədə İnternetlə bağlı qanundan narahatlığını bildirib
# 17 fevral 2014 14:46 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Türkiyədə İnternetlə bağlı qanun bu ölkədə ifadə azadlığını məhdudlaşdıra bilər”. APA-nın məlumatına görə, bunu ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç deyib. O, rəhbərlik etdiyi ofisin qanunla bağlı qiymətləndirmələrini xatırladaraq bildirib ki, qiymətləndirmələr bir sıra narahatedici məqama işarə edir: “Bunlardan biri rəsmi qurumların hüquqi əsas olmadan istənilən İnternet istifadəçi barədə məlumatlar toplaması barədə hüququdur. Bunlar ictimai əhəmiyyəti olan məsələlərlə bağlı plüralist müzakirələri məhdudlaşdıra və media azadlığının elementləri olan jurnalist təhqiqatları və mənbələrin qorunması kimi məsələlərə mənfi təsir göstərə bilər”.

ATƏT nümayəndəsi qanunun Türkiyənin ATƏT qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğunlaşdırılması istiqamətdə öz yardımını təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR