Pakistanda qatarın partladılması nəticəsində 8 nəfər həlak olub, 20 nəfər yaralanıb

Pakistanda qatarın partladılması nəticəsində 8 nəfər həlak olub, 20 nəfər yaralanıb
# 16 fevral 2014 15:07 (UTC +04:00)

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 3-ü uşaq olmaqla, 8 nəfər həlak olub.

Hadisə Sind əyalətinin Kaşmor dairəsində baş verib. Partlayışın təsirindən bir neçə vaqon relsdən çıxıb. Terror aktı nəticəsində daha 20 nəfərin yaralandığı bildirilir.

Partlayışa görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR