Elçin Əfəndiyevin “Şekspir” əsəri İstanbul Bələdiyyə Teatrlarında tamaşaya qoyulub - FOTO

Elçin Əfəndiyevin “Şekspir” əsəri İstanbul Bələdiyyə Teatrlarında tamaşaya qoyulub - <span style="color: red;">FOTO
# 18 fevral 2014 08:51 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Xalq yazıçısı Elçin Əfəndiyevin “Şekspir” əsəri İstanbul Bələdiyyə Teatrlarında tamaşaya qoyulub.

E.Əfəndiyevin köməkçisi Əkrəm Məmmədovun APA-ya verdiyi məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Məlahət Abbasovadır.

Tamaşada müəllif, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, İstanbul valisi Hüseyn Avni Mutlu və başqa mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.

Səhnə əsərində əsas rolları Sezai Aydın, Hakan Arlı, Selma Kutluğ və başqaları oynayıb. Tamaşanın səhnə tərtibatçısı Ayhan Aydoğandır.

Qeyd edək ki, yazıçının “Şekspir”dən əvvəl İstanbulda “Qatil” pyesinin və “Mahmud və Məryəm” filminin premyerası keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR