“Musavat.com” saytının baş redaktoru Xalid Kazımlının prokurorluğa çağırılması ilə bağlı rəsmi açıqlama yayılıb - YENİLƏNİB

“Musavat.com” saytının baş redaktoru Xalid Kazımlının prokurorluğa çağırılması ilə bağlı rəsmi açıqlama yayılıb - <span style="color: red;">YENİLƏNİB
# 19 fevral 2014 11:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş Prokurorluq “musavat.com” saytının baş redaktoru Xalid Kazımlının prokurorluğa çağırılmasına aydınlıq gətirib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər Prokurorluğunda aparılmış araşdırma nəticəsində “musavat.com” saytında “Günün fotosu: harın oğulun qəzası” başlıqlı məqalədə fevralın 17-də Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı, “Mercedes Benz G55 AMG” markalı “90-DD-065” dövlət qeydiyyat nişanlı avtomobilin guya Bakının rayonlarından birinin prokurorunun oğluna məxsus olması barədə informasiya təsdiqini tapmayıb: “Müəyyən edilib ki, yol-nəqliyyat hadisəsinin iştirakçıları olan avtomobillərdən hər hansı birinin sürücüsü nə prokurorluq əməkdaşıdır, nə də ki, onların ailə üzvləri və yaxın qohumlarıdır. Qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Xalid Kazımlı Bakı şəhər Prokurorluğuna dəvət edilərək “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla rəsmi mənbəyə istinad edilmədən və heç bir real faktlara əsaslanmadan qəsdən və ya bilərəkdən sensasiya naminə yaydıqları informasiyaların prokurorluq orqanları tərəfindən qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə həyata keçirilən işlərin üzərinə kölgə salmaq, prokurorluq orqanları əməkdaşları barəsində mənfi ictimai rəy formalaşdırmaqla onların işgüzar və şəxsi nüfuzuna xələl gətirmək məqsədi daşıması nəzərinə çatdırılıb. Eyni zamanda X. Kazımlıya qeyd edilən qanunun tələblərinə əsasən yalan və qərəzli yazılar yaymaq, böhtan atmaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməsi, həmçinin kütləvi informasiya vasitəsinin rəhbərinin yayımlanan məlumatlarla əlaqədar qanunun tələblərini pozduğu halda cinayət və digər məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilib və dərc etdikləri həqiqətə uyğun olmayan informasiya barədə təkzib verilməsi tələb olunub”.

***

14.03

Bakı. Fuad Cəfərov – APA. “Yeni Müsavat” qəzetinin internet saytının redaktoru Xalid Kazımlı Bakı Şəhər Prokurorluğuna çağırılıb. Bu barədə APA-ya məlumat verən X. Kazımlı qeyd edib ki, bu gün Bakı Şəhər Prokurorluğuna dəvət olunub və şəhər prokurorunun müavini Fazil Həsənəliyevlə görüşüb.

F. Həsənəliyev X. Kazımlıya bildirib ki, redaktoru olduğu “musavat.com” saytında "Günün fotosu: harın oğulun qəzası" başlıqlı yazıda prokurorluq orqanlarının nüfuzuna xələl gətirən ifadələr yer alıb. Jurnalistə bu xəbərin həqiqəti əks etdirmədiyi deyilib və təkzib verilməsi tələb olunub.

Xatırladaq ki, “musavat.com” saytındakı məlum informasiyada qəzaya uğrayan “Mercedes-Gellenvagen” markalı avtomobilin fotosu yer alıb və həmin avtomobilin prokuror övladına məxsus olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR