Bakı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Bakı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 07 yanvar 2014 14:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 185.2.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Emil Rəfail oğlu Dadaşova Şamaxı rayonu, Çaylı kəndində qeydiyyatda olan vətəndaş Namilə Durmuş qızı Əsgərovanın gətirdiyi sovqata baxış keçirilib. Bu zaman yeməklə dolu olan alüminium qazanın hər iki qulpunda, hər birində 2 ədəd olmaqla cəmi 4 ədəd sellofana bükülmüş ümumi çəkisi 3,28 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR