Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsindən APA-ya verilən məlumata görə, partlayış tikintisi başa çatmamış binada yerləşən kafedə qeydə alınıb. Partlayış nəticəsində bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
***
10.40
Bakı. Hafiz Heydərov - APA. Bakıda kafedə partlayış olub.
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Azadlıq prospekti” metro stansiyasının yaxınlığındakı kafedə qeydə alınıb.
İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Partlayış nəticəsində ölən və yaralananların olub-olmadığı hələlik məlum deyil.