Bakıda partlayış baş verib - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

Bakıda partlayış baş verib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 13 fevral 2014 08:06 (UTC +04:00)

Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsindən APA-ya verilən məlumata görə, partlayış tikintisi başa çatmamış binada yerləşən kafedə qeydə alınıb. Partlayış nəticəsində bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

***

10.40

Bakı. Hafiz Heydərov - APA. Bakıda kafedə partlayış olub.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Azadlıq prospekti” metro stansiyasının yaxınlığındakı kafedə qeydə alınıb.

İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Partlayış nəticəsində ölən və yaralananların olub-olmadığı hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR