Nyu-Yorkda İran və Böyük Britaniya xarici işlər nazirlərinin görüşü keçiriləcək

Nyu-Yorkda İran və Böyük Britaniya xarici işlər nazirlərinin görüşü keçiriləcək
# 16 sentyabr 2013 08:17 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran və Böyük Britaniya xarici işlər nazirləri arasında sentyabrın sonlarında görüş keçirilməsi barədə qərar qəbul olunub.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumatına görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyindən bildirilib. Xəbərdə qeyd olunur ki, Məhəmməd Cavad Zərif və Uilyam Heyq BMT Baş Assambleyasının Nyu-York şəhərində keçiriləcək növbəti sessiyası çərçivəsində bir araya gələcəklər.

Qeyd edək ki, 2011-ci il noyabrın 29-da Böyük Britaniyanın İrandakı səfirliyinin binası qarşısında kütləvi aksiya keçirilib. Səfirliyin qarşısına toplaşan kütlə ABŞ, Böyük Britaniya və İsrail əleyhinə şüarlar səsləndirib, binanı yumurta atəşinə tutublar, şüşələrini sındırıb və yandırıcı maddələr atıblar. Hadisədən sonra Böyük Britaniya Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb, İran diplomatları da Londondan çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR