Dövlət proqramı çərçivəsində 1825 azərbaycanlı tələbə xarici ölkələrə oxumağa göndərilib

Dövlət proqramı çərçivəsində 1825 azərbaycanlı tələbə xarici ölkələrə oxumağa göndərilib
# 16 sentyabr 2013 08:00 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Təhsil naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsində deyib. Nazir bildirib ki, xaricdə təhsil alan hər bir azərbaycanlı tələbənin qayğıları, ehtiyacları nazirliyin diqqət mərkəzinizdə olacaq. Dövlət proqramı çərçivəsində 2007-2012-ci illərdə ümumilikdə 1825 nəfər azərbaycanlı tələbə xarici ölkələrin nüfuzlu ali məktəblərində oxumağa göndərilib. Bu günə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013/2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində dövlət proqramı çərçivəsində təhsil almaq üçün sənəd verən namizədlərdən 315 nəfər barədə müsbət qərar qəbul olunub. Hazırda bu proses davam edir.

M. Cabarov onu da əlavə edib ki, ötən illərdən fərqli olaraq, dövlət proqramına sənəd vermiş namizədlərin ilkin seçimi üçün Təhsil Nazirliyində təşkil edilən müsahibəni aparacaq komissiya fəaliyyət göstərir. Komissiyanın tərkibində Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı, Səhiyyə Nazirliyi (tibb ixtisası istiqaməti üzrə müraciət edənlərlə), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dillər Universiteti və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) (xaricdə təhsil təcrübəsi baxımından) nümayəndələri də təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR