Kanadada “Azərbaycanda sərmayə imkanları” adlı dəyirmi masa keçirilib - FOTO

Kanadada “Azərbaycanda sərmayə imkanları” adlı dəyirmi masa keçirilib - <span style="color: red;">FOTO
# 01 may 2014 01:07 (UTC +04:00)

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev ölkəmizin iqtisadi potensialı, regionumuzda həyata keçirilən enerji və nəqliyyat layihələri, eləcə də Kanada-Azərbaycan ikitərəfli ticarət əlaqələri barədə təqdimatla çıxış edib.

F.Şəfiyev, eyni zamanda, Azərbaycanda investisiya imkanları ilə bağlı iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə iştirak edən bir sıra kanadalı işgüzar adamlar Azərbaycanla biznes əlaqələri və ölkədə həyata keçirilən müxtəlif layihələr barədə öz şəxsi təcrübələri ilə bölüşüblər. Onlar Azərbaycanın iqtisadi sahədə böyük potensiala malik olduğunu bildirərək Kanada şirkətlərini ölkəmizin iqtisadi həyatında iştirak etməyə çağırıblar.

Habelə, səfir F.Şəfiyev tədbirdə iştirak edən şəxslərin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR