Azərbaycandakı bankların xarici öhdəliklərinin artması davam edir

Azərbaycandakı bankların xarici öhdəliklərinin artması davam edir
# 13 mart 2014 11:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1 235,1 mln. manat və ya 42,1% artaraq 2014-cü il fevralın 1-nə 4 169,7 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar ayında xarici öhdəliklərin həcmi 29,5 mln. manat və ya 0,7% artıb:

Qeyd edək ki, bankların məcmu xarici aktivlərinin həcmi 2014-cü il fevralın 1-nə 2 359,1 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 353,5 mln. manat və ya 17,6% çoxdur. Təkcə bu ilin yanvar ayında bu göstərici 60,9 mln. manat və ya 2,7%-lik artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR