Dələduzluq maddəsi ilə axtarışda olan 2 nəfər yaxalanıb

Dələduzluq maddəsi ilə axtarışda olan 2 nəfər yaxalanıb
# 06 mart 2014 09:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanda dələduzluq maddəsi ilə axtarışda olan iki nəfər yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Əli Qasımov tutulub.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə eyni maddə ilə axtarışda olan Əliağa Məmmədov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR