AXCP-nin qərargahının yerləşdiyi binada yaşayan üç ailə də köçürülür - FOTO

AXCP-nin qərargahının yerləşdiyi binada yaşayan üç ailə də köçürülür - <span style="color: red;">FOTO
# 04 mart 2014 10:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Nərimanov Rayon İcra Hakimiyyəti AXCP-nin qərargahının yerləşdiyi binanın və ona yaxın yaşayış sahələrinin boşaldılmasına aydınlıq gətirib.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov APA-ya bildirib ki, ötən gün Tələt Şıxəliyev, 8 ünvanında yerləşən binanın zirzəmisində qaz balonundan yanğına keçən partlayış baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və rayon İcra Hakimiyyətinin əməkdaşı gəlib, müvafiq araşdırmalar aparılıb.

Ş. İbadov qeyd edib ki, ötən gün FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən rayon İcra Hakimiyyətinə telefonoqram daxil olub. Daxil olan telefonoqramda qeyd olunan binanın yararsız vəziyyətə düşməsi səbəbindən ərazidə olan yaşayış və qeyri-yaşayış sahələrinin boşadılması tapşırılıb: “Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə qeyd olunan ərazidə yaşayan üç ailə köçürülür, həmin ailələrə üç aylıq kirayə pulu ödəniləcək. Həmin ailələr dövlət tərəfindən tikilən binalarda mənzillə təmin ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR