Rusiya Ali Məhkəməsinin sədri Qanada yol qəzasına düşüb

Rusiya Ali Məhkəməsinin sədri Qanada yol qəzasına düşüb
# 16 sentyabr 2013 23:19 (UTC +04:00)

Bakı-APA. Rusiya Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedev Qanada yol qəzasına düşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu haqda Frans Press agentliyi xəbər yayıb.

Lebedev hava nəqliyyatı vasitəsi ilə paytaxt Akkranın xəstəxanaların birinə çatdırılıb.

Qana yol polisinin xəbərinə görə, Rusiya Ali Məhkəməsinin sədri Xo şəhərində keçirilən Qana vəkillərinin kollegiyasından qayıdarkən qəzaya uğrayıb. Lebedevin olduğu avtomobil yük maşını ilə toqquşub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR