Böyük Britaniya Rusiya və ABŞ-ın Suriyaya dair planını dəstəkləyir

Böyük Britaniya Rusiya və ABŞ-ın Suriyaya dair planını dəstəkləyir
# 14 sentyabr 2013 19:19 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniya Suriyanın kimyəvi silahına dair bu gün Rusiya və ABŞ arasında əldə edilən razılaşmanı dəstəkləyir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın XİN rəhbəri Uilyam Xeyq açıqlamasında bildirib.

“Mən ABŞ-ın dövlət katibi ilə danışdım. Böyük Britaniya Rusiya ilə ABŞ-ın Suriyaya dair razılaşmasını alqışlayır. Hazırda bu planın həyata keçirilməsi üçün təcili işlər görülməlidir”, deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR