Bu il 1100 nəfərdən çox azərbaycanlı abiturient Gürcüstanın ali məktəblərinə daxil olmaq üçün qeydiyyatdan keçib

 Bu il 1100 nəfərdən çox azərbaycanlı abiturient Gürcüstanın ali məktəblərinə daxil olmaq üçün qeydiyyatdan keçib
# 19 iyun 2013 00:49 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. “Bu il keçən ildəkindən 30% çox abiturient qeydiyyatdan keçib”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın elm və təhsil naziri Georgi Marqvelaşvili bildirib. Onun sözlərinə görə, bu il milli imtahanlar üçün bütün şərait yaradılıb və imtahanlar yüksək təşkilatçılıqla keçiriləcək. “Ali təhsilə maraq çoxalıb. Sözsüz ki, biz bu ili məsuliyyətli il hesab edirik. Nazirlikdə imtahanların gedişaatı üçün müxtəlif nazirliklərin nümayəndələrindən ibarət qərargah yaradılıb. Milli imtahanları yüksək təşkilatçılıqla başa çatdırmaq üçün hər şey hazırdır”, deyə nazir bildirib.

Qeyd edək ki, keçən il 500 nəfər azərbaycanlı abiturient gürcü ali məktəblərinə daxil olmaq üçün qeydiyyatdan keçibsə, bu il qəbul üçün 1100 nəfərdən çox abiturient qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR