Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib - FOTOSESSİYA - VİDEO

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 13 noyabr 2013 10:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, təxminən 100 Azərbaycan və 50 İtaliya şirkətinin nümayəndələrinin iştirakı ilə keçirilən forumun əsas məqsədi Azərbaycan və İtaliya sahibkarlarını bir-birinə tanıtdırmaq və qarşılıqlı biznes əlaqələrinin qurulmasına şəraitin yaradılmasıdır.

Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov ilk növbədə ölkə iqtisadiyyatının hazırkı durumu, əsas inkişaf göstəriciləri haqqında ətraflı məlumat verib və bildirib ki, keçirilən tədbir iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə kömək edəcək. N.Səfərovun sözlərinə görə, rəsmi Bakı italiyalı sahibkarların Azərbaycan iqtisadiyyatında iştirakında maraqlıdır və bu xüsusən hökumətin prioritet elan etdiyi qeyri-neft sektoruna aiddir. N.Səfərov bəyan edib ki, son 10 ildə Azərbaycanın qeyri-sektoru təxminən 2,7 dəfə artıb və burada xarici investisiyalar üçün geniş potensial mövcuddur. Ümumilikdə, bu günə kimi İtaliya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 47,5 mln. ABŞ dolları həcmində əsas kapitala investisiyalar yatırılıb. Eyni zamanda, İtaliya Azərbaycanın ən iri xarici ticarət tərəfdaşıdır.

Bu məqamı həmçinin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalenda da vurğulayıb. K.Kalenda bildirib ki, xarici ticarət sahəsində müşahidə olunan inkişaf hər iki tərəfi sevindirir, lakin bunu qarşılıqlı investisiyalara aid etmək olmaz. Bu baxımdan K.Kalendanın fikrincə, keçirilən forumun rolu olduqca böyükdür və burada ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub: «Biz bu forumdan konkret ikitərəfli danışıqlar, konkret nəticələr gözləyirik».

Forumda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatı barədə təqdimatla çıxış edib və İtaliya sahibkarlarının diqqətinə ölkənin qeyri-neft sektorunda perspektivli olan bəzi sahələr barədə məlumat verib. R.Məmmədov bura kənd təsərrüfatı və qida sənayesi, alternativ enerji sahəsi, turizm sektoru və xüsusən Sumqayıt Texnoloji Parkı və Balaxanı Eko-sənaye Parkını aid edib.

Tədbirdə həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə İtaliya Müəssisələrin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatı arasında anlaşma memorandumu imzalanıb.

Forum Azərbaycan və İtaliya sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR